0
Monday 27 July 2020 - 11:20

Almaniya XİN başçısı Rusiyanın G7-ə qayıtmasının əleyhinə çıxıb

Story Code : 876801
Almaniya XİN başçısı Rusiyanın G7-ə qayıtmasının əleyhinə çıxıb
APA-nın xəbərinə görə, bu barədə Almaniya XİN başçısı “Rheinische Post” qəzetinə müsahibəsində bildirib.

Nazir Ukraynanın şərqindəki mövcud vəziyyət və Krımın ilhaqından sonra Rusiyanın iştirakı ilə “Böyük səkkizliy”in (G8) bərpasının mümkün olmadığını qeyd edib.

“Rusiyanın G8-dən çıxarılmasına Krımın ilhaqı və Ukraynanın şərqində vəziyyətə müdaxiləsi səbəb olub. Hələlik bu vəziyyət həllini tapmayana qədər Rusiyanın G7-yə qayıtması mümkün deyil", - deyə XİN başçısı vurğulayıb.