QR CodeQR Code

ABŞ-da ermənilər mitinqə dəyənəklə gəldilər...

27 Jul 2020 11:34

İslamTimes: ABŞ-ın Nyu York şəhərində ermənilərin soydaşlarımıza qarşı hazırladıqları təxribat planı uğursuzluğa düçar olub.


Axar.az Report-a istinadən xəbər verir ki, kütləvi mitinq keçirəcəkləri ilə bağlı ABŞ-ın yerli mediasında və sosial şəbəkələrdə məlumatlar paylaşıb, həmvətənlərimizə qarşıdurmaya dəvət edərək, təxribat planı hazırlayan ermənilərin niyyəti puç olub.

Yüzlərlə erməni Nyu Yorkun Manhetten əyalətinin mərkəzi küçələrindən olan “3-cü Avenyu” prospektinə toplaşıblar. Onların bəzilərinin əllərində dəyənəklər də olub. Ərazidə uzun müddət hay-küy salmağa çalışan ermənilərə yerli ictimayyəti məhəl qoymayıb və eyni zamanda kütləvi aksiya heç bir yerli media orqanında yer almayıb.

Aksiyanın keçirildiyi əraziyə Nyu York polisinin əməkdaşları cəlb olunub. Azərbaycanın Vaşinqtondakı səfirliyinin çağırışına riayət edən soydaşlarımız aksiyanın keçirildiyi əraziyə getməyiblər. Mitinq üçün üç saatlıq icazəsi olan ermənilərin təxribat planları baş tutmadığından onlar bir saat sonra dağılışıblar.


Story Code: 876809

News Link :
https://www.islamtimes.org/az/news/876809/abş-da-ermənilər-mitinqə-dəyənəklə-gəldilər

Islam Times
  https://www.islamtimes.org