0
Tuesday 28 July 2020 - 10:50

"Neftçi" İran millisinin hücumçusuna təklif göndərdi

Story Code : 877056
"Neftçi" İran millisinin hücumçusuna təklif göndərdi
"Report" "Metaratings" nəşrinə istinadən xəbər verir ki, "Neftçi" 25 yaşlı hücumçu ilə yaxından maraqlanır.

İddiaya görə, "ağ-qaralar" oyunçuya bir mövsüm üçün 300 000 avro maaş təklif edib.

Əlipura daha əvvəl Macarıstandan təklif olsa da, tərəflər şəxsi müqavilə şərtlərində razılığa gələ bilməyiblər.

Qeyd edək ki, ötən mövsüm 16 oyunda meydana çıxan forvard 7 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, 3 dəfə İran millisinin formasını geyinib.