QR CodeQR Code

"Neftçi" İran millisinin hücumçusuna təklif göndərdi

28 Jul 2020 10:50

İslamTimes: İran millisinin və "Persepolis"in futbolçusu Əli Əlipur karyerasını Azərbaycanda davam etdirə bilər.


"Report" "Metaratings" nəşrinə istinadən xəbər verir ki, "Neftçi" 25 yaşlı hücumçu ilə yaxından maraqlanır.

İddiaya görə, "ağ-qaralar" oyunçuya bir mövsüm üçün 300 000 avro maaş təklif edib.

Əlipura daha əvvəl Macarıstandan təklif olsa da, tərəflər şəxsi müqavilə şərtlərində razılığa gələ bilməyiblər.

Qeyd edək ki, ötən mövsüm 16 oyunda meydana çıxan forvard 7 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, 3 dəfə İran millisinin formasını geyinib.


Story Code: 877056

News Link :
https://www.islamtimes.org/az/news/877056/neftçi-iran-millisinin-hücumçusuna-təklif-göndərdi

Islam Times
  https://www.islamtimes.org