QR CodeQR Code

Venesuela: “ABŞ koronavirus xəstələri üçün dərman almağı çətinləşdirir”

28 Jul 2020 14:05


Venesuela Prezidenti Nikolas Maduro, Tramp administrasiyasının dərman almağa mane olan düşmən siyasətini qınayıb. Bu haqda "Deyerler.org" Parstoday-a istinadən verib.

"Venesuela dünyadakı dostlarının dəstəyinə arxalanır", - deyən Maduro, Vaşinqtonun Karakasla düşmənçiliyini "mənasız" adlandırıb. Maduro hökuməti strateji müttəfiq olaraq Çin, Rusiya və İranın dəstəyindən istifadə etməyə davam edir. Bu ölkələr ABŞ-ın Venesuelaya qarşı sanksiyaları və siyasətlərini kəskin tənqid edir və Maduronu ölkənin qanuni prezidenti kimi tanıyır. Koronavirus pandemiyası dövründə Ağ Evin Karakas əleyhinə birtərəfli qaydada sanksiyalarını davam etdirməsi, ABŞ-ın imperialist və qeyri-insani siyasətinin dünyanın suveren ölkələrinə qarşı ən bariz nümunəsidir. Venesuela Səhiyyə Nazirliyinin son məlumata görə, bu günə qədər ölkədə 15 mindən çox insan koronavirusa yoluxmuşdur. Venesuela, Koronavirus epidemiyasının yayılmasından sonra Latın Amerikasında səkkizinci yeri tutur.


Story Code: 877115

News Link :
https://www.islamtimes.org/az/news/877115/venesuela-abş-koronavirus-xəstələri-üçün-dərman-almağı-çətinləşdirir

Islam Times
  https://www.islamtimes.org