0
Tuesday 28 July 2020 - 20:10

Pelosi: Milyonlarla amerikalı uşaq acdır!

Story Code : 877205
Pelosi: Milyonlarla amerikalı uşaq acdır!
ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi MSNBC televiziyası ilə müsahibəsi zamanı deyib: "Amerika xalqı Konqreslə Ağ Ev arasındakı fikir ayrılığından çox narahatdır."

O əlavə edib: "Son aylarda təqribən 150 min amerikalı ailə ən azı bir üzvünü koronavirus səbəbindən itirib. 4 milyondan çox amerikalı koronavirusa yoluxub. Biz iqtisadiyyatımızı dirçəltmək, məktəblərimizin fəaliyyətini yenidən bərpa etmək istəyiriksə bu virusu məğlub etməliyik. Bu gün milyonlarla amerikalı uşaq aclıq çəkir. Çox sayda vətəndaşımız ev kirayəsini ödəyə bilmir. Onlardan çoxu övladlarını böyütmək məsuliyyətini üzərinə götürmüş xanımlardır."

Nümayəndələr Palatasının spikeri əlavə edib: "Bir çox amerikalının işsizlik sığortasının müddəti bitir. Biz bu durumu düzəltmək məqsədi ilə bir layihə hazırladıq. Amma Respublikaçılar bu layihəyə qarşı çıxaraq onun təsdiqlənməsinə mane oldular. Özləri isə hələ də bu layihənin əvəzinə alternativ bir həll yolu təqdim etməyiblər. Bu gün amerikalıların ərzaq almaq üçün, ev kirayələrini ödəmək üçün pula ehtiyacı var. Yerli hakimiyyət orqanları da koronavirus səbəbindən köməyə ehtiyac duyur. Bu durumda hər gün yeni bir planı sınaqdan keçirmək olmaz! Ağ Ev isə bu şəraitdə deyir ki, heç kəs uşaqların məktəbə getməsinə qarşı çıxmamalıdır..."
 
Source : IslamTimes