0
Wednesday 27 July 2011 - 18:47

Fransada ağır həbsxana şəraiti

Story Code : 87723
Fransada ağır həbsxana şəraiti
Fransada ağır həbsxana şəraiti
Dünya informasiya vasitələrində daimi tənqid hədəflərindən biri Fransa həbsxanalarındakı ağır şəraitdir. Bu günlərdə Fransa həbsxanasında növbəti məhbusun ölümü yenidən səs-küyə səbəb olub. Fransa polisi tərəfindən həbs olunmuş Vəlid Fərdi Parisin cənubunda həbsxanaya göndərildikdən az sonra baş vermiş yanğın nəticəsində dünyasını dəyişib. Miqrasiya qanunlarını pozduğuna görə həbsə alınan tunisli mühacirlər də yanğın zamanı zəhərlənmədən ölümcül hala düşüblər. Mətbuatda bildirilir ki, həmin həbsxana 1890-cı ildə tikilib və acınacaqlı bir vəziyyətdədir.
Comment