0
Wednesday 29 July 2020 - 20:42

İsrail rejiminin hərbi mənbələri: “Hizbullah 48 saat ərzində qisas alacaq”

Story Code : 877404
İsrail rejiminin hərbi mənbələri: “Hizbullah 48 saat ərzində qisas alacaq”
Məlumata əsasən, Livanın Hizbullah təşkilatının sionist rejimin Şeba kənd təsərrüfat sahələrinə etdiyi hücuma görə mütləq cavab verəcəyi gözlənilir. Eyni zamanda İsrail rejiminin hərbi institutu da 48 saat ərzində Hizbullahdan cavab gözləyir.

"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, Livanın Hizbullah təşkilatı, cümə axşamı günündən gec olmayaraq və Qurban bayramından bir neçə saat əvvəl İsrail rejiminin hücumuna cavab verməyə hazırlaşır. Qeyd edək ki, toqquşmalar bazar ertəsi axşam Livanın cənubunda baş verib. Sionist rejimin ordusu, Hizbullahın bəzi qüvvələrini müşahidə etmək bəhanəsi ilə təsərrüfat ərazilərinin ətrafındakı bazalara hücum edib. Lakin Hizbullah əraziyə girmək və ya toqquşmalarda iştirak etmək cəhdlərini rədd edib. Sionist rejiminin hərbi qüvvələri hücum zamanı, Ravisət Əl-Elm hərbi bazası və Şanux fermasında, həmçinin işğal edilmiş Şeba tarlaları ətrafında atəş açıb.