0
Wednesday 29 July 2020 - 23:28

İsrail rəsmiləri: Artıq heç kim "ilhaq planı" haqda danışmır

Story Code : 877430
İsrail rəsmiləri: Artıq heç kim "ilhaq planı" haqda danışmır
Likuid partiyasından olan sionist rəsmi çərşənbə günü bildirib ki, ABŞ-da koronavirusun geniş şəkildə yayılması səbəb olub ki, ABŞ hökumətinin diqqəti Qərb Sahilinin ilhaqı planından yayınsın. Həmçinin işğalçı İsrail rejiminin xarici işlər naziri Qabi Eşkenazi də artıq heç kimin "ilhaq" planı barədə danışmadığını bildirib.

İsrail Əl-Youm qəzeti adının çəkilməsini istəməyən Likud partiyasından olan nazirdən sitat gətirərək, ilhaq planının ən azı hazırkı şəraitdə gündəmdən çıxarıldığını yazıb.

ABŞ dövləti ilk günlərdə səfirliyini Tel-Əvivdən Qüdsə köçürməklə Fələstin torpaqlarını sionist rejimə "hədiyyə" etməkdə israrlı görünsə də, bu günlərdə daxili problemlər səbəbindən planın icrası haqda hansısa bir təşəbbüs göstərmir. Rəsmi Vaşinqton "ilhaq planı"nın ləğvi haqda göstəriş verməsə də ən azı bu dönəmdə planı təxirə salmış kimi görünür.

Qabi Eşkenazi tez-tez amerikalı həmkarı ilə əlaqə saxladığını bildirərək deyib ki, "ilhaq planı" haqda hələ ki, müzakirələr dayandırılıb.
Source : IslamTimes