0
Thursday 30 July 2020 - 00:47

"Bin Salman rəqiblərini məhv etməyi dayandırmalıdır!"

Story Code : 877434
"Bin Salman rəqiblərini məhv etməyi dayandırmalıdır!"
"Al-Quds Al-Arabi" qəzetinin məlumatına görə Avropa Parlamentindəki ən böyük fraksiya olan Xalq Partiyası, Səudiyyə Ərəbistanının sabiq vəliəhdi Məhəmməd bin Nayefin taleyi barədə məlumat verilməsini tələb edib. Xüsusi ilə Səudiyyə rejiminin laqeydliyi nəticəsində ürəyində ciddi problemlər yaranan Məhəmməd bin Nayeflə bağlı nigarançılıqlar hər ötən gün daha da artır.

Avropa Parlamenti Səudiyyə vəliəhdi Məhəmməd bin Salmandan siyasi rəqiblərini məhv etməyi dayandırmasını istəyib.

Fraksiyanın açıqlamasında deyilir: “Məhəmməd bin Nayefin həbsi Avropa qanunvericilik orqanlarını narahat edən bir məsələdir. Biz Səudiyyə Ərəbistanı rəhbərlərindən istəyirik ki, insan haqqları ilə bağlı beynəlxalq öhdəliklərinə əməl edərək müstəqil və şəffaf məhkəmə prosesi təşkil olunsun. Məhəmməd bin Nayef Qərb və Avropanın qədim dostudur. Onun naməlum səbəblərdən həbs edilməsini və zindanda əzab çəkməsini görmək çox narahatedicidir!"

"Washington Post" qəzeti bu yaxınlarda bildirib ki, hazırkı vəliəhdə bağlı antikorrupsiya komissiyası Məhəmməd bin Nayefin korrupsiya və xəyanət ittihamları ilə bağlı araşdırmaları yekunkaşdırmaq üzrədir.

Komissiya Bin Nayefi 15 milyard dolları mənimsəməkdə ittiham edir.
Source : IslamTimes