0
Thursday 30 July 2020 - 08:42

Şimali Koreya qanadlı raketi sınaqdan keçirib

Story Code : 877474
Şimali Koreya qanadlı raketi sınaqdan keçirib
“Report”un məlumatına görə, bu barədə "Renxap" agentliyi bildirib.

Agentliyin həmsöhbət olduğu yüksək rütbəli hərbçilərin verdiyi məlumata görə, raket iyulun 6-da Yapon dənizində gəmidən buraxılıb və 100 kilometrdən az məsafədə uçub.

Raketin tipi naməlumdur, amma məmurlar hesab edirlər ki, raketin bu tipi artıq daha əvvəl sınaqdan keçirilib.

Daha əvvəl bildirilirdi ki, peyk şəkilləri Şimali Koreyanın Yonbendəki nüvə kompleksində uranın zənginləşdirilməsi ilə bağlı fəaliyyətini davam etdirdiyini göstərir.