QR CodeQR Code

Donald Tramp ABŞ qoşunlarının Almaniyadan çıxarılmasının səbəbini açıqladı

30 Jul 2020 11:25

İslamTimes: "Almaniya ümumi daxili məhsulun (ÜDM) 2 faizini NATO-ya üzvlük haqqı olaraq ödəmək istəmir".


"Report" “dw”yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Almaniyadakı amerikalı əsgərlərin sayını azaltmalarının səbəblərini açıqlayarkən bildirib.

“Bu səbəbdən də biz Almaniyadakı hərbi kontingentimizin bir hissəsini çıxarıdırıq. Almaniya Rusiyaya enerji daşıyıcılarına görə milyardlarla dollar ödəyir. Biz isə onları Rusiyadan qorumalıyıq. Bunu necə başa düşmək olar?”, - D.Tramp “Twitter” səhifəsində yazıb.

ABŞ-ın müdafiə naziri Mark Esper isə bildirib ki, Almaniyadakı 11 900 hərbçinin dislokasiya yerini dəyişirlər. Bununla da ABŞ-ın AFR-dəki hərbçilərinin sayı 3 dəfə ixtisar ediləcək. Almaniyadan çıxarılan hərbçilərin 5 600-ü NATO üzvü olan başqa ölkələrə göndəriləcək, 6 400-ü isə ABŞ-a qayıdacaq.

 


Story Code: 877478

News Link :
https://www.islamtimes.org/az/news/877478/donald-tramp-abş-qoşunlarının-almaniyadan-çıxarılmasının-səbəbini-açıqladı

Islam Times
  https://www.islamtimes.org