QR CodeQR Code

İşğalçı İsraildə vətəndaş müharibəsi təhlükəsi: Müxalif liderdən şok

30 Jul 2020 11:38

İslamTimes: Sionist rejimin paytaxtı Təl Əvivdə baş verən şiddətli hadisələr ölkədə vətəndaş müharibəsi yarada bilər.


Axar.az xəbər verir ki, bunu İsrailin “Yeş Adit” (Gələcək Var) partiyasının sədri Yair Lapid Tvitter hesabında paylaşıb.

“Təl Əvivdə axan qan Bibi (İsrail Baş naziri Benyamin Netanyahu) və onun təmsilçilərinin əli ilə törədilib. Təxribat əkən qan biçər”, - partiya sədri bildirib.

Qeyd edək ki, bir neçə gün öncə İsrailin İctimai Təhlükəsizlik naziri Amir Ohananın Təl Əvivdəki evinin qarşısında keçirilən aksiyada 5 nəfər sağçıların hücumu nəticəsində xəsarət alıb.


Story Code: 877480

News Link :
https://www.islamtimes.org/az/news/877480/işğalçı-israildə-vətəndaş-müharibəsi-təhlükəsi-müxalif-liderdən-şok

Islam Times
  https://www.islamtimes.org