Axar.az xəbər verir ki, bu barədə "Defens Nyus" agentliyi məlumat yayıb.
Bildirilib ki, Yunanıstan sözügedən şirkətlə hətta müqavilə də imzalayıb. Bundan öncə isə Yunanıstana göndərilən iki "Proton Elik RB-128" tipli PUA-nın uğurla sınaqdan keçirildiyi vurğulanıb.
"Assuva"nın rəhbəri Rəmzi Başbuğ açıqlamasında həm NATO, həm də Avropa Birliyinə üzv ölkə ilə ilk ixrac razılaşması imzalandığını təsdiqləyib:
"Yunanıstana ixrac üçün bütün lazımi lisenziyaları aldıq".
Yunanıstana satılacaq PUA-ların axtarış və xilasetmə missiyalarında istifadə ediləcəyi qeyd olunub. Məlumata görə, sözügedən PUA-lar yeraltı bunkerləri, partlayıcı maddələri, qurudakı minaları və kimyəvi maddələri də aşkar edə bilər.
Bu PUA-larda 1 kilometr uzaqlıqdakı hədəfi və 50 metrədək yeraltı görüntüləri çəkə bilən termal kamera var.
Qeyd edək ki, daha öncə sözügedən PUA-lar Çin və Şri-Lanka ordusuna da göndərilib.