QR CodeQR Code

Twitter: "Ayətullah Xameneinin mesajları Twitterin qanunlarına zidd deyil"

30 Jul 2020 22:51

İslamTimes: Donald Trampın mesajlarını silən "Twitter" Ayətullah Xameneinin hesabına nə üçün toxunmur?


"The Jerusalem Post"un verdiyi xəbərə görə "Twitter" sosial şəbəkəsinin məsullarından biri işğalçı İsrail Knesseti üzvlərinin Ayətullah Xameneinin səhifəsi ilə bağlı etirazına cavab verib. Sionist rejim Ayətullah Seyid Əli Xameneinin İsrailin məhvi ilə bağlı mesajlarına görə Twitterə müraciət edərək Ali Dini Liderin mesajları və hesabının silinməsini istəmişdi. Sosial şəbəkə rəhbərliyindən isə bildirilib ki, bu səhifədə Twitter qanunlarına zidd mesajlar paylaşılmır!

Ötən gün İsrailin etirazına cavab olaraq Twitter rəhbərliyindən deyilib: "Ayətullah Xameneinin mesajları nifrət hissi yaradan mesajlar qismindən deyil. Bu mesajlar İranın siyasi arenada güc nümayişidir..."

Qeyd edək ki, sionist rejimi rəsmilərindən biri Twitterə etiraz edərək demişdi ki, bu sosial şəbəkə Donald Trampın mesajlarına müdaxilə etdiyi halda nə üçün İran Ali Dini Liderinin mesajlarına toxunmur.


Story Code: 877592

News Link :
https://www.islamtimes.org/az/news/877592/twitter-ayətullah-xameneinin-mesajları-twitterin-qanunlarına-zidd-deyil

Islam Times
  https://www.islamtimes.org