0
Thursday 30 July 2020 - 23:12

Rusiya ABŞ-dan Venesuelaya qarşı sanksiyaları ləğv etməyi istəyib

Story Code : 877595
Rusiya ABŞ-dan Venesuelaya qarşı sanksiyaları ləğv etməyi istəyib
Zitsof Venesuelanın iqtisadi əlaqələrini məhududlaşdırmaq məqsədi ilə tətbiq olunmuş birtərəfli sanksiyaları sərt şəkildə tənqid edib.

Sputnik xəbər agentliyinin verdiyi məlumata görə Zitsov deyib: "ABŞ Karakasa qarşı birtərəfli sanksiyaları dayandıraraq, bu ölkəyə dərman preparatları və zəruri malların idxal edilməsinə şərait yaratmalıdır.
Bu addımdan sonra Venesuela xalqı Covid-19 virusuna qarşı effektiv mübarizə apara bilərlər.

ABŞ-a bağlı KİV Venesuelanın ABŞ tərəfindən bloklanmış 116 milyard dollarını yalnız özünü qeyri-qanuni şəkildə prezident elan edən Xuan Quaydonun qaytara biləcəyini yazır. 

ABŞ Venesuelaya qarşı sanksiyalar, təzyiqlərlə xalqın seçdiyi Maduronu hakimiyyətdən uzaqlaşdıraraq onun yerinə özünü prezident adlandıran Xuan Quaydonu hakimiyyət başına gətirmək istəyir.
Source : IslamTimes