0
Thursday 30 July 2020 - 23:26

ABŞ bu dəfə Braziliyanı Huawei ilə həmkarlığa görə hədələdi

Story Code : 877597
ABŞ bu dəfə Braziliyanı Huawei ilə həmkarlığa görə hədələdi
Vaşinqtonun Braziliyadakı səfiri deyib: "Əgər Braziliya hakimiyyəti Huawei şirkətinə bu ölkədə 5G şəbəkəsinə qoşulmaq icazəsi verərsə bu addımın acı  nəticələri olacaq."

Reuters-in verdiyi xəbərə əsasən, Vaşinqton rəhbərliyi Huawein Latın Amerikasının ən böyük iqtisadiyyatına sahib olan ölkədə 5G texnologiyasını icra etməsinə mane olmaq üçün hərəkətə keçib. ABŞ iddia edir ki, Huawei şirkəti casusluq məqsədi ilə istifadəçilərin məlumatlarını ələ keçirərək Çin hakimiyyətinə verir.

ABŞ-ın Braziliyadakı səfiri Todd Çapman deyib: "Braziliyadan Huaweiyi seçdiyinə görə qisas alınmayacaq, amma bu addımın ağır nəticələri ola bilər. Hər bir ölkə öz qərarlarına görə məsuliyyət daşıyır..."

Çapman ABŞ prezidenti Donald Tramp tərəfindən təsis edilən İDFC maliyyə təsisatının büdcəsinin 60 milyard dollar olduğunu bildirib. Bu təsisat ölkə sərhədlərindən kənarda Çinin nüfuzunun azaldılması məqsədi ilə yaradılıb.

Chapman təkidlə bildirib ki, Vaşinqton rəhbərliyi öz telekom infrastrukturunu etibarlı təchizatçılardan satın almağa qərar verən müttəfiqlərini dəstəkləmək üçün bu fonddan yardım ayırmağa hazırdır.
Source : IslamTimes