0
Saturday 1 August 2020 - 12:43

Salman bin Əbdüləziz xəstəxanadan buraxıldı

Story Code : 877766
Salman bin Əbdüləziz xəstəxanadan buraxıldı
"Qafqazinfo" xəbər verir ki, Riyad şəhərində Kral Feysəl Xəstəxanasında öd kisəsindən əməliyyat olunan Kral Salmanın vəziyyətinin yaxşı olduğu bildirilib. Səudiyyə Ərəbistanın dövlət informasiya agentliyinin yayımladığı videogörüntüdə Kral Salmanın xəstəxananı ayaq üstə tərk etdiyi görüntülənib.

Xatırladaq ki, bir müddət əvvəl vəziyyəti pisləşərək xəstəxanaya yerləşdirilən Kral Salman ben Adbel Əziz əl-Səudda müayinələr edildikdən sonra öd kisəsində iltihab diaqnozu qoyulmuşdu.