QR CodeQR Code

Trampın hədəsinə "Tik Tok"dan cavab: Getmirik...

2 Aug 2020 06:58

İslamTimes: "Tik Tok"un ABŞ-dakı direktoru Vanessa Pappas Donald Trampın təhdidlərinə cavab verib.


Axar.az xəbər verir ki, Tvitter hesabında açıqlama yayan V.Pappas amerikalı istifadəçilərinə təşəkkür edib və heç bir yerə getmədiklərini bildirib.

"Hər gün "Tik Tok" istifadə edərək günlük həyatımıza yaradıcılıq və sevinc bəxş edən milyonlarla amerikalıya təşəkkür etmək istəyirəm. Heç bir yerə getmək niyyətində deyilik. Daha uzun zaman üçün buradayıq", - deyə o qeyd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp "Tik Tok"la bağlı məsələnin müzakirə edildiyini açıqlamışdı.


Story Code: 877837

News Link :
https://www.islamtimes.org/az/news/877837/trampın-hədəsinə-tik-tok-dan-cavab-getmirik

Islam Times
  https://www.islamtimes.org