QR CodeQR Code

İran kəşfiyyatı "Tonder"in liderini ələ keçirdi - ƏMƏLİYYAT

2 Aug 2020 08:20

İslamTimes: İran “Tonder” terror təşkilatının ABŞ-dan fəaliyyət göstərən lideri Cəmşid Şarməhdi ələ keçirib.


Publika.az İran mediasına istinadən xəbər verir ki, bu barədə İran Kəşfiyyat Nazirliyi məlumat yayıb.

“İranda silahlı aksiyalar və təxribat əməliyyatlarını ABŞ-dan idarə edən “Tonder” terror təşkilatının lideri Cəmşid Şarməhd Kəşfiyyat Nazirliyi tərəfindən saxlanılıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, “Tonder” terror təşkilatı 2018-ci il 12 aprel tarixində Şiraz şəhərində terror aktı törətməkdə ittiham edilir. Həmin hadisə zamanı 14 nəfər ölmüş, 215 nəfər isə yaralanmışdı. Bundan başqa, təşkilat tərəfindən İranda bir neçə təxribat xarakterli hücumların törədildiyi bildirilir.

Təşkilatın lideri sayılan terrorçu C.Şarməhdin ABŞ-ın Kaliforniya ştatında media vasitəsilə İran əleyhinə fikirlər səsləndirməklə məşğul olub.


Story Code: 877854

News Link :
https://www.islamtimes.org/az/news/877854/iran-kəşfiyyatı-tonder-in-liderini-ələ-keçirdi-əməliyyat

Islam Times
  https://www.islamtimes.org