0
Sunday 2 August 2020 - 14:14

ABŞ-ın Çinə qarşı siyasi oyunları davam edir

Story Code : 877892
ABŞ-ın Çinə qarşı siyasi oyunları davam edir
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo Honkonqda seçkilərin təxirə salınması ilə bağlı danışarkən deyib.

“Bu qədər uzunmüddətli fasilə üçün heç bir səbəb yoxdur. Ehtimal ki, Honkonqda bir daha seçkilər keçirilməyəcək. Honkonq xalqı uzun illərdir azad və ədalətli seçkilər üçün istəklərini nümayiş etdirir. Bir daha qəbul edilən qərarı nəzərdən keçirməyə dəvət edirik. Şeçkilər bir an əvvəl keçirilməlidir. Əgər seçkilər keçirilməzsə, çox təəssüf ki, Honkonq Çinin başqa bir kommunist şəhəri olma yoluna davam edəcək”, - dövlət katibi bildirib.

Qeyd edək ki, Honkonq rəhbəri Kerri Lam sentyabrın 6-da keçirilməsi planlaşdırılan Qanunvericilik Şurasına seçkilərin 1 il müddətinə təxirə salındığını açıqlayıb.