0
Sunday 2 August 2020 - 18:42

Yəmən ABŞ istehsalı PUA-nı ələ keçirdi

Story Code : 877912
Yəmən ABŞ istehsalı PUA-nı ələ keçirdi
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri bildirib ki, Yəmən Ordusunun Havadan Müdafiə Sistemi ABŞ istehsalı olan RQ-20 tipli pilotsuz uçan aparatı zərərsizləşdirməyə müvəffəq olub. ABŞ PUA-sı Səudiyyə Ərəbistanı ilə sərhəd yaxınlığında Hərz məntəqəsi səmasında vurulub. 

Əl-Məsirə informasiya agentliyinin verdiyi məlumata görə Yəhya Səri həmçinin deyib ki, PUA-nın vurulma anı lentə alınıb və səhnələr sənədli film kimi hazırlanacaq. Sözçü PUA-nın vurulması əməliyyatında hansı silahdan istifadə edildiyini bildirməsə də "münasib bir silahdan istifadə edildi" deməklə kifayətlənib.

Kaliorniyada "AeroVironment" şirkəti tərəfindən istehsal edilən RQ-20 yüngül PUA-lar qrupuna aiddir və əl ilə havaya atılaraq işə salınan bu aparat electro-optical sensorlarla təchiz olunmuş kameraya sahib olduğundan əsasən kəşfiyyat uçuşu keçirib məlumat toplamaq üçün istifadə edilir.

Bundan əlavə Yəmən ordusu rəsmilərindən biri bildirib ki, Səudiyyə Ərəbistanı koalisiyası da Yəmən torpaqlarına təcavüz etmək istərkən onların qarşısı alınıb. 4 saat davam edən qarşıdurmada bir neçə hərbçisini itirən Səudiyyə koalisiyası geri çəkilməyə məcbur olub.
Source : IslamTimes