QR CodeQR Code

Çindən ABŞ-a xəbərdarlıq

28 Jul 2011 09:36

IslamTimes - Çin, ABŞ rəhbərliyinə Çin sahillərində görünən hərbi casus təyyarələrinin iki ölkə arasındakı münasibətə ağır zərbə vuracağı haqda xəbərdarlıq edib.


"IslamTimes" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Çin ölkə sərhədlərində görünmüş ABŞ casus təyyarələriylə bağlı verdiyi şərhdə, bu kimi hadisələrin hərbi əlaqələrin inkişaf etdirilməsinin qarşısında böyük maneə olduğunu diqqətə çəkib.

Çin mətbuatında yer almış xəbərlərdə Çin dövlətinin Müdafiə Nazirliyinin ABŞ-dan Çinin suverenliyinə və təhlükəsizliyinəhörmət göstərməsini tələb etdiyi bildirildi.

Mediada həmçinin Çin döyüş təyyarələrinin, ötən ay Tayvan hava sahəsində kəşfiyyat uçuşu edən Amerikan təyyarəsinin izinə düşdüyü xəbəri də yer almışdı.

Vaşinqton isə, bundan öncə də beynəlxalq hava sahəsində kəşfiyyat uçuşlarının həyata keçirildiyini və bundan sonra da davam edəcəyini bildirib. Pekin-Vaşinqton əlaqələri, son illərdə Amerikanın Tayvana silah satma planları və Cənub Çin Dənizindəki problemlər üzündən getdikcə gərginləşir.


Story Code: 87795

News Link :
https://www.islamtimes.org/az/news/87795/çindən-abş-a-xəbərdarlıq

Islam Times
  https://www.islamtimes.org