0
Sunday 2 August 2020 - 20:47

On min israilli Netanyahuya qarşı küçələrə çıxdı

Story Code : 877966
On min israilli Netanyahuya qarşı küçələrə çıxdı
Son həftələrdə görünməmiş bir tənqid dalğası ilə qarşılaşan Benyamin Netanyahu iqamətgahının qarşısında toplanan sionist etirazçıları demokratiyanı pozmaqda ittiham edib və bu kütlənin medianın təhriki ilə küçələrə çıxdığını bildirib. Netanyahu sionist rejim KİV-ni son fəaliyyətlərinə görə Şimali Koreya mediası ilə müqayisə edib. Netanyahu iddia edib ki, İsrail mediası etirazlar haqqında qərəzsiz məlumat vermək əvəzinə bu aksiyalara qoşulub və etirazların daha da gücləndirilməsinə çalışıb.

Xatırladaq ki, Netanyahuya qarşı etiraz dalğası həftələrdir işğal altındakı Fələstin torpaqlarında davam edir. Sionist rejim nazirlər kabinetinin kifayətsizliyinə etirazla başlayan aksiyalar hazırda Netanyahunun istefası tələbi ilə davam edir.

İsrail baş naziri korrupsiya, vəzifədən sui-istifadə etməkdə də ittiham edilir.
Source : IslamTimes