QR CodeQR Code

On min israilli Netanyahuya qarşı küçələrə çıxdı

IslamTimes , 2 Aug 2020 20:47

İslamTimes: Etirazların daha da gücləndiyini görən Netanyahu İsrail mediasını Şimali Koreya mediası ilə müqayisə edib.


Son həftələrdə görünməmiş bir tənqid dalğası ilə qarşılaşan Benyamin Netanyahu iqamətgahının qarşısında toplanan sionist etirazçıları demokratiyanı pozmaqda ittiham edib və bu kütlənin medianın təhriki ilə küçələrə çıxdığını bildirib. Netanyahu sionist rejim KİV-ni son fəaliyyətlərinə görə Şimali Koreya mediası ilə müqayisə edib. Netanyahu iddia edib ki, İsrail mediası etirazlar haqqında qərəzsiz məlumat vermək əvəzinə bu aksiyalara qoşulub və etirazların daha da gücləndirilməsinə çalışıb.

Xatırladaq ki, Netanyahuya qarşı etiraz dalğası həftələrdir işğal altındakı Fələstin torpaqlarında davam edir. Sionist rejim nazirlər kabinetinin kifayətsizliyinə etirazla başlayan aksiyalar hazırda Netanyahunun istefası tələbi ilə davam edir.

İsrail baş naziri korrupsiya, vəzifədən sui-istifadə etməkdə də ittiham edilir.


Story Code: 877966

News Link :
https://www.islamtimes.org/az/news/877966/on-min-israilli-netanyahuya-qarşı-küçələrə-çıxdı

Islam Times
  https://www.islamtimes.org