0
Monday 3 August 2020 - 00:55

Bayden Trampa etiraz etdi: Bu qədər qolf oynamaq, gəzmək bəsdir!

Story Code : 877967
Bayden Trampa etiraz etdi: Bu qədər qolf oynamaq, gəzmək bəsdir!
Barak Obamanın prezident olduğu 8 il müddətində vitse-prezident olmuş və hazırda 2020-ci il prezident seçkilərində əsas namizəd olan Co Bayden, xüsusilə koronavirusla mübarizə üsuluna görə Donald Trampı yenidən tənqid atəşinə tutub. Bayden tibb işçiləri üçün fərdi qoruyucu vasitələrin tapılmamasına görə, həmçinin koronavirusu təyin etmək üçün milli test proqramının olmamasına görə ABŞ prezidentini tənqid edib.

Bayden Tvitterdə yazdığı mesajda Trampı virusa qarşı səmərəli qərarlar qəbul etmədiyini görə sərt tənqid edib və deyib ki, artıq qolf oynamaq yetər!

Bayden yazıb: "Milyonlarla insan üçün bu gecə işsizlik müavinətlərinin zamanı bitəcək. Həmçinin koronavirus testi üçün milli, təsirli bir proqramımız yoxdur. Həkimlər, digər personal hələ də lazım olan fərdi qoruyucu vasitələrdən faydalana bilmir. Həftə sonu gəzintilər, qolf oynamağa son verin! Cənab prezident işinizi düzgün görsəniz yaxşı olar..."
Source : IslamTimes