0
Monday 3 August 2020 - 06:22

Sorosun erməniyə 600 minlik sevgisi...

Story Code : 878019
Sorosun erməniyə 600 minlik sevgisi...
Son zamanlar Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr də göstərir ki, Ermənistan Cənubi Qafqazda prosesləri dəyişmək istəyir. Təbii ki, təxribatçı və işğalçı Ermənistanın regionda sabitliyi pozmaq cəhdlərinin arxasında bir çox daxili və xarici səbəblər dayanır.

Ermənistanın yarıtmaz hakimiyyətinin idarəetməsinin nəticəsi olaraq ölkənin düşdüyü ağır vəziyyət daxili çəkişmələrə səbəb olub. Ermənistan xarici hərbi təcavüz planları da xalqın diqqətini daxili problemlərdən yayındırmaq məqsədi güdür. Sirr deyil ki, Ermənistan hakimiyyəti bir çox xarici qüvvələrin himayəsi altındadır və əslində onların əlində siyasi bir oyuncaqdır. Bu mənada Ermənistanın əsas maliyyə dayağı kimi Soros Fondunun adı xüsusi qeyd olunur.

Baş nazir N.Paşinyan və Soros fondu arasındaki münasibətlər heç kəsə sirr deyil.

Politoloq Zaur Məmmədovun fikrincə, Sərkisyan və Köçəryan dövründə də Ermənistanın QHT və vətəndaş cəmiyyətlərinin digər institutları, demək olar ki, Soros Fondu və ümumilikdə Qərbin ayrı-ayrı fondlarının maliyyə tabeçiliyinə keçmişdilər.

Digər diqqət çəkən məqamlardan biri koronavirusla mübarizə məqsədilə Soros Fondunun MDB ölkələrindən məhz Ermənistana 600 min dollar maliyyə dəstəyi ayırmasıdır.

Bəs Soros Fondunun məqsədi nədir?

Özünü xeyriyyə qurumu kimi təqdim edən Soros Fondu öz fəaliyyətində bu xeyriyyəçilikdən tamamilə uzaq olduğunu hər dəfəsində nümayiş etdirir. Həmin fondun dünyadakı fəaliyyətinə cüzi nəzər saldıqda aydın olur ki, məqsədlərinin kökündə tamamilə siyasi və iqtisadi amillər dayanır.

Yəni “demokratiya” davası aparan Soros Fondu əslində bu “demokratiya” adı altında öz çirkin məqsədlərinə nail olmaq istəyir.

Soros Fondunun maliyyə dəstəyi ilə bir sıra beynəlxalq təşkilatların insan haqlarını bəhanə edərək Azərbaycana hücumunda erməni izləri açıq-aşkar görünür.

Soros Fondunun qurucusu yəhudi əsilli milyarder Corc Sorosdur. Corc Soros bu fondla yanaşı dünyanın bir çox ölkələrinə nüfuz etmiş Açıq Cəmiyyət İnstitutunun da yaradıcısı hesab edilir. İndi Corc Soros verdiyi müsahibədən bir hissəni izləyək...

..Yəqin, hər şey aydın oldu. Mənəviyyatsızlığını etiraf edən Corc Soros müharibə vaxtı yəhudilərin mal-mülkünün əllərindən alınmasında fəal iştirakını günah saymır. Bu açıq-aşkar onun necə qeyri-insani xüsusiyyətlərə malik olduğunu göstərir. Buna görə də bu gün Sorosun Ermənistana təyin etdirdiyi hakimiyyətin də mənəviyyatsız, vandal və vəhşi davranışında təəccüblü nə isə axtarmaq əbəsdir.

Ermənistanda baş verənlər bir daha onu göstərir ki, oradakı hadisələrin demokratiya ilə heç bir əlaqəsi yoxdur.

Orada faktiki olaraq geosiyasi müharibə gedir və belə bir vəziyyətdə həm də biz Soros Fondunun üzvlərinin, o cümlədən Nikol Paşinyanın Azərbaycana qarşı cəbhədə təxribatlarını görürük. /Axar/