0
Monday 3 August 2020 - 12:01

Berlində etiraz aksiyaları zamanı azı 45 polis xəsarət alıb

Story Code : 878056
Berlində etiraz aksiyaları zamanı azı 45 polis xəsarət alıb
APA-nın “TASS”-a istinadən verdiyi məlumata görə, bu barədə bazar günü paytaxt polisi məlumat yayıb.

“Bu günə qədər 45 asayiş keşikçisi zərərçəkənlər siyahısındadır. Ümumilikdə 133 nəfər də saxlanılıb”, - məlumatda belə deyilir. Buna qədər 18 polis işçisinin yaralandığı bildirilirdi.

Məlumata görə, ümumilikdə şənbə günü keçirilən etiraz aksiyaları zamanı 1,1 min hüquq mühafizə orqanı əməkdaşı səfərbər edilib.