QR CodeQR Code

Berlində etiraz aksiyaları zamanı azı 45 polis xəsarət alıb

3 Aug 2020 12:01

İslamTimes: Almaniyanın paytaxtı Berlində müxtəlif etirazlar aksiyaları, o cümlədən koronavirus infeksiyasının yayılması ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərə qarşı nümayişlər zamanı azı 45 polis əməkdaşı yaralanıb.


APA-nın “TASS”-a istinadən verdiyi məlumata görə, bu barədə bazar günü paytaxt polisi məlumat yayıb.

“Bu günə qədər 45 asayiş keşikçisi zərərçəkənlər siyahısındadır. Ümumilikdə 133 nəfər də saxlanılıb”, - məlumatda belə deyilir. Buna qədər 18 polis işçisinin yaralandığı bildirilirdi.

Məlumata görə, ümumilikdə şənbə günü keçirilən etiraz aksiyaları zamanı 1,1 min hüquq mühafizə orqanı əməkdaşı səfərbər edilib.


Story Code: 878056

News Link :
https://www.islamtimes.org/az/news/878056/berlində-etiraz-aksiyaları-zamanı-azı-45-polis-xəsarət-alıb

Islam Times
  https://www.islamtimes.org