QR CodeQR Code

Varlı ölkələr COVID-19 əleyhinə peyvəndi kütləvi şəkildə alır

3 Aug 2020 12:27

İslamTimes: Dünyanın ən varlı ölkələri artıq 1,3 milyard dozadan çox koronavirus əleyhinə peyvənd alışı üzrə müqavilələr imzalayıb.


“Report” “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat verib.

“Airfinity” şirkətinin analitiklərinin fikrincə, bu ölkələrə ABŞ, Böyük Britaniya, Yaponiya və Avropa İttifaqı ölkələri daxildir. Analitiklərin məlumatına görə, onların hələ bağlanmamış tədarük və sövdələşmələr sayəsində daha 1,5 milyard vaksin almaq niyyətindədirlər.

Mütəxəssislər bu “təcavüzkar satınalma”nın digər ölkələri pis vəziyyətdə qoyacağından qorxurlar.

Agentliyin məlumatına görə, ABŞ və Böyük Britaniya “Sanofi” və “GlaxoSmithKline Plc.”, Yaponiya isə “Pfizer” şirkəti ilə müqavilə imzalayıb.

Məqalə müəllifləri vaksin dozasının bütün dünya əhalisi üçün kifayət etməyəcəyindən narahatdırlar.


Story Code: 878057

News Link :
https://www.islamtimes.org/az/news/878057/varlı-ölkələr-covid-19-əleyhinə-peyvəndi-kütləvi-şəkildə-alır

Islam Times
  https://www.islamtimes.org