0
Monday 3 August 2020 - 12:27

Varlı ölkələr COVID-19 əleyhinə peyvəndi kütləvi şəkildə alır

Story Code : 878057
Varlı ölkələr COVID-19 əleyhinə peyvəndi kütləvi şəkildə alır
“Report” “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat verib.

“Airfinity” şirkətinin analitiklərinin fikrincə, bu ölkələrə ABŞ, Böyük Britaniya, Yaponiya və Avropa İttifaqı ölkələri daxildir. Analitiklərin məlumatına görə, onların hələ bağlanmamış tədarük və sövdələşmələr sayəsində daha 1,5 milyard vaksin almaq niyyətindədirlər.

Mütəxəssislər bu “təcavüzkar satınalma”nın digər ölkələri pis vəziyyətdə qoyacağından qorxurlar.

Agentliyin məlumatına görə, ABŞ və Böyük Britaniya “Sanofi” və “GlaxoSmithKline Plc.”, Yaponiya isə “Pfizer” şirkəti ilə müqavilə imzalayıb.

Məqalə müəllifləri vaksin dozasının bütün dünya əhalisi üçün kifayət etməyəcəyindən narahatdırlar.