QR CodeQR Code

Netanyahu əleyhinə etirazlar, bu dəfə Nyu Yorkda!

IslamTimes , 3 Aug 2020 15:07

İslamTimes: İsraildə yüzminlərlə insanın etirazı ilə üzləşən Netanyahuya növbəti şok ABŞ-dan gəldi


İşğalçı İsrail rejimi baş naziri Benyamin Netanyahunun zəif idarəçiliyi və korrupsiyada ittiham olunması ilə əlaqədar başlayan etirazlar artıq ABŞ-da davam edir. San-Fransiskodan sonra Nyu-Yorkda da Netanyahunun istefası tələbi ilə aksiya keçirilib.

Haaretz qəzetinin yazdığına görə, Nyu-Yorkda yaşayan israillilər Vaşinqton Meydanı Parkı ətrafında toplaşaraq Netanyahuya qarşı şüarlar səsləndirib və onun istefasını istəyiblər.

Netanyahu əleyhinə aksiyada iştirak edənlərin əksərinin əlində "cinayətkar nazir" plakatları olub.

Bundan öncə cümə günü də San-Fransiskoda "Golden Gate" körpüsü yaxınlığında Netanyahunun baş nazir vəzifəsindən istefasını tələbi ilə aksiya keçirilmişdi.


Story Code: 878104

News Link :
https://www.islamtimes.org/az/news/878104/netanyahu-əleyhinə-etirazlar-bu-dəfə-nyu-yorkda

Islam Times
  https://www.islamtimes.org