QR CodeQR Code

İngilis hərbçilər dinc sakinləri qətlə yetirib!

IslamTimes , 3 Aug 2020 18:26

İslamTimes: Bu yaxınlarda Britaniya Hərbi Hava Qüvvələrinin Əfqanıstandakı xüsusi əməliyyatlarda ən azı 33 mülki şəxsi qətlə yetirdiyini sübuta yetirən sənədlər üzə çıxıb


İngiltərədə keçirilən məhkəmə zamanı hakim müdafiə naziri "Ben Wallace"dən dövlətin 2011-ci ildə Əfqanıstanda 33 mülki şəxsin öldürdülməsini göstərən sənədləri nə üçün gizlədiyini izah etəsini istəyib.

Nazirə payızadək vaxt verilib ki, aralarında bir ailənin dörd üzvü də olan əfqanıstanlıların gecə saatlarında öldürülülməsini göstərən elektron poçtların və rəsmi sənədlərin nə üçün gizli saxlanıldığını izah etsin.

İlk dəfə BBC Panorama və Sunday Times-ın yayımladığı sənədlərə görə, İngiltərə Hərbi Hava Qüvvələrinin rəsmilərindən biri e-poçtda uğursuzluqla nəticələnən bu əməliyyatı "son qətliam" adlandırıb.

Bu vaxtadək gizlədilən digər bir sənədə görə isə 2011-ci ilin yanvar ayından aprel ayınadək İngiltərə hərbi qüvvələri üç əməliyyatda 23 nəfər dinc sakini qətlə yetirib. Onlar indi iddia edirlər ki, bu qətllər yanlışlıqla baş verib.


Story Code: 878107

News Link :
https://www.islamtimes.org/az/news/878107/ingilis-hərbçilər-dinc-sakinləri-qətlə-yetirib

Islam Times
  https://www.islamtimes.org