QR CodeQR Code

Suriyada Ən-Nüsrənin ən böyük silah anbarı məhv edildi

IslamTimes , 3 Aug 2020 18:55

İslamTimes: Suriya ordusu İdlibdəki "Cəbhət ən-Nüsrə" terror qruplaşmasına məxsus silah anbarını məhv edib


Sputnik xəbər agentliyinin verdiyi məlumata görə, Suriya ordusunun hava qüvvələri İdlibdəki "Cəbhət ən-Nüsrə" terror qruplaşmasına məxsus qərargahlardan birini məhv edib. Hava zərbələrindən sonra Suriyanın şimal-qərbindən İdlib şəhərinədək olan ərazilərdə bir sıra partlayış səsləri eşidilib.

Sputnik-in İdlib yaxınlığında olan müxbiri bildirib ki, Suriya döyüş təyyarələri Təhrir əl-Şama məxsus (öncəki Ən-Nüsrə cəbhəsi) silah-sursat anbarını hədəfə alaraq, anbarı tamamilə məhv edib.

Xəbər agentliyi əməliyyat həyata keçirilən məntəqədəki mənbəyə istinadən yazıb: "Əməliyyatdan öncə terrorçulara məxsus bir qərargah barədə dəqiq məlumatlar əldə edilməsi üçün kəşfiyyat uçuşu keçirildi. Silah-sursat anbarı kimi istifadə olunan düşmən bazası təyin edildi sonra hava hücumu baş tutdu."

Mənbə əlavə edib: "Kəşfiyyat uçuşundan sonra Suriya qırıcıları havaya qalxdı və təxirəsalınmaz əməliyyatla silah anbarını məhv etmək üçün hava hücumları təşkil edildi. Zərbələrdən sonra İdlibin yaxınlığındakı bir sıra ərazilərdə silah-sursatın, anbardakı partlayıcı maddələrin yanmasından sonra baş verən partlayış səsləri eşidildi. İlkin məlumata görə, əməliyyat zamanı 20-dən çox terrorçunun bəzisi həlak olub, bəziləri ağır yaralanıb."


Story Code: 878116

News Link :
https://www.islamtimes.org/az/news/878116/suriyada-ən-nüsrənin-ən-böyük-silah-anbarı-məhv-edildi

Islam Times
  https://www.islamtimes.org