QR CodeQR Code

ABŞ-da Trampın maliyyə fəaliyyəti araşdırılır

4 Aug 2020 10:00

İslamTimes: Manhettenin dairə prokuroru Sayrus Vens ABŞ prezidenti Donald Trampın maliyyə fəaliyyətinin kriminal araşdırmasını aparır.


“Report” xəbər verir ki, bu barədə “NBC News” telekanalı bildirib.

Məlumata görə, “Trump Organization” artıq "sığorta və bank dələduzluğu" ittihamı üzrə istintaq altındadır.

Daha əvvəl böyük münsiflər heyəti bu təşkilatın maliyyə sənədlərini tələb edib. Ancaq vəkillər bildiriblər ki, bu iddia ABŞ liderinin siyasi motivli təqibi kimi rədd edilməlidir.

Bu halda Vens müdafiəçilərlə razılaşmayıb. O, məhkəmədən Trampın vəkillərinin tələbini rədd etməyə tələb edib. Prokuror "Trump Organization"da geniş və uzunmüddətli kriminal fəaliyyət haqqında ictimai xəbərlərə" istinad edib.


Story Code: 878243

News Link :
https://www.islamtimes.org/az/news/878243/abş-da-trampın-maliyyə-fəaliyyəti-araşdırılır

Islam Times
  https://www.islamtimes.org