QR CodeQR Code

İşğalçı İsrail Suriyanın cənubunu hədəfə alıb, havadan müdafiə sistemi hərəkətə keçib

4 Aug 2020 12:54

İslamTimes: İşğalçı İsrail rejimi Suriyadakı terrorçulara dəstək verərək, hərbi helikopterlər və raketatan qurğular vasitəsilə Suriyanın Qunaytara əyalətini hədəfə alıb.


Bildirilib ki, ötən gecə İsrailin helikopterləri Qunaytara əyalətinin əl-Qahtaniyyə qəsəbəsini hədəfə alıblar.
 
Eləcə də Qunaytara əyalətinin digər bölgələrinə raket atılıb.
 
Suriyanın havadan müdafiə sistemləri Dəməşqin cənub-qərb səmasında hərəkətə keçib.
 
Məlumata görə İsrailin təcavüzü nəticəsində ölən olmayıb, xəsarətlər isə yalnız maddi ziyanlardan ibarətdir.

Qeyd edək ki, Suriyada təkfirçi terrorçular nə vaxt Suriya ordusu ilə qarşıdurmada çətinliyə düşürsə sionist rejim Suriya ordusunu hədəf alaraq, terrorçuların yardımına gəlir!


Story Code: 878275

News Link :
https://www.islamtimes.org/az/news/878275/işğalçı-israil-suriyanın-cənubunu-hədəfə-alıb-havadan-müdafiə-sistemi-hərəkətə-keçib

Islam Times
  https://www.islamtimes.org