QR CodeQR Code

Sandersin Trampı seçməmək üçün 10 səbəbi!

IslamTimes , 4 Aug 2020 19:43

İslamTimes: Vermont əyalətinin ABŞ Senatındakı üzvü tərəfdarlarına və Amerika xalqına ünvanladığı mesajında Donald Trampın prezidentlikdən uzaqlaşdırılması üçün 10 səbəb sadalayıb.


Berni Sanders mesajının əvvəlində yazıb: "İstəyirəm ki, sizlər üçün Trampın əşyalarını toplayıb Ağ Evdən göndərilməsi üçün 10 səbəb sadalayım. Bunun üçün ABŞ tarixində ən böyük seçici fəallığına imza atmalıyıq!"

Tanınmış siyasətçi daha sonra 10 səbəbi sadalayıb:

1. Donald Tramp avtoritar liderdir və demokratiyaya inanmır;
2. Donald Tramp ABŞ Konstitusiyasını anlamır və qanunlara hörmət etmir;
3. Donald Tramp fitrətən yalançıdır;
4. Donald Tramp elmə etiqadı yoxdur;
5. Donald Trampın siyasətləri milyarder dostlarına fayda verir, fəhlə təbəqəsini isə hədəfə alır;
6. Donald Tramp irqçidir;
7. Donald Tramp ksenofobikdir, miqrantlara qarşıdır;
8. Donald Tramp cinsi ayrıseçkiliyə inanır;
9. Donald Tramp dini təəssübkeşliyi olan bir insandır.
10. Donald Tramp həmcinsbazlarla düşməndir..."

İlk günlərdə özü də 2020-ci il 3 noyabrda keçiriləcək prezident seçkilərinə namizəd olan Berni Sanders daha sonra seçkilərdən çəkilərdək Co Baydeni dəstəkləyəcəyini və onun seçkidə qalib gəlməsi üçün əlindən gələni edəcəyini bildirib.


Story Code: 878362

News Link :
https://www.islamtimes.org/az/news/878362/sandersin-trampı-seçməmək-üçün-10-səbəbi

Islam Times
  https://www.islamtimes.org