QR CodeQR Code

Fələstin "ilhaq planı"nın gizli icrası ilə bağlı xəbərdarlıq etdi

IslamTimes , 4 Aug 2020 20:11

İslamTimes: Fələstin rəsmiləri çərşənbə axşamı günü bildirib ki, sionist rejim gizli şəkildə Qərb sahilinin ilhaqı planını həyata keçirməyə çalışır və onların bu planının qarşısını almaq üçün fəaliyyətlər gücləndiriləcək.


Benyamin Netanyahunun bazar ertəsi günü çıxışında "ilhaq planı təxirə salınmayıb" cəfəngiyatına cavab olaraq Fələstin rəsmiləri bildirib ki, bu planın icrası beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır!

Sionist rejimin baş naziri ötən gün Likud partiyası üzvləri ilə görüşdə bildirib ki, Qərb sahilinin ilhaqı planı gündəmdən çıxarılmayıb və hazırda plan ABŞ-da nəzərdən keçirilir.

Yüksək çinli bir Fələstin rəsmisi deyib: "Biz Netanyahuya dəfələrlə xəbərdarlıq etmişik ki, ihaq planının icrası fikrindən daşınsın. Netanyahunun açıqlamaları göstərir ki, sionist rejim və ABŞ hökuməti bu təhlükəli planı həyata keçirməkdə israrlıdırlar. Buna görə biz beynəlxalq müstəvidə diplomatik səylərimizi davam etdiririk və belə bir addımın acınacaqlı nəticələri barədə xəbərdarlıq edirik..."

Qurum rəsmisi bildirib ki, İsrailin bu istiqamətdəki səyləri, qoşulma planının həyata keçirilməsinə zəmin hazırlamaq üçün müxtəlif tədbirlər gördüyünü göstərir.

Fələstinli rəsmi, sionistlərin işğal olunmuş ərazilərdə tikinti işləri apardıqlarına görə rəsmi diplomatik şikayətlər verən 15 Avropa ölkəsinə də təşəkkür edib.


Story Code: 878372

News Link :
https://www.islamtimes.org/az/news/878372/fələstin-ilhaq-planı-nın-gizli-icrası-ilə-bağlı-xəbərdarlıq-etdi

Islam Times
  https://www.islamtimes.org