QR CodeQR Code

Beyrut limanındakı güclü partlayışın səbəbi məlum olub

5 Aug 2020 06:23

İslamTimes: Beyrut limanında qaynaq işləri aparılan zaman orada saxlanılan 2750 ton ammonium nitrat duzu (partlayıcıların və ya azot gübrələrinin hazırlanmasında istifadə olunur – Red.) partlayıb.


APA “Al Jazeera”ya istinadən xəbər verir ki, bunu Livanın Təhlükəsizlik Xidmətinin rəhbəri Abbas İbrahim bildirib.

“Oğurluq hallarının qarşısını almaq məqsədilə doldurulma dəliklərində qaynaq işləri aparılarkən limanda saxlanılan 2700 tondan çox ammonium nitrat duzunun partlaması baş verib”, - deyə telekanal xidmət rəhbərinə istinadən bildirib.

A.İbrahim həmin maddələrin gəmi ilə Afrikaya göndəriləcəyi üçün limanda saxlanıldığını deyib.

Livan prezidenti Mişel Nəim Aun isə ammonium nitrat maddəsinin 5 ildən artıq müddətdə limanda təhlükəsizlik qaydalarına əməl olunmadan saxlanılmasını “qəbuledilməz” adlandırıb və buna görə məsul şəxslərin ciddi cəzalandırılacağını vurğulayıb.

O da qeyd olunur ki, həmin maddələrin olduğu yük bir neçə il əvvəl qaçaqmalçılıq zamanı ələ keçirilib və məhv edilməsi üçün bu günədək limanda saxlanılıb.


Story Code: 878439

News Link :
https://www.islamtimes.org/az/news/878439/beyrut-limanındakı-güclü-partlayışın-səbəbi-məlum-olub

Islam Times
  https://www.islamtimes.org