0
Wednesday 5 August 2020 - 10:45

Azərbaycan XİN Livana başsağlığı verib

Story Code : 878479
Azərbaycan XİN Livana başsağlığı verib
APA-nın xəbərinə görə, bu barədə XİN-in “Twitter” səhifəsində bildirilib.

“Beyrut limanında baş verən dəhşətli partlayışla bağlı xəbər bizi çox kədərləndirdi. Qurbanların ailələrinə, habelə Livan xalqına başsağlığı veririk. Yaralananların tezliklə sağalmasını arzulayırıq”, - deyə qeyd olunub.

Xatırladaq ki, Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 100 nəfərdən çox insan ölüb, 4 mindən çox insan isə xəsarət alıb.