QR CodeQR Code

Azərbaycan XİN Livana başsağlığı verib

5 Aug 2020 10:45

İslamTimes: Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Livana başsağlığı verib.


APA-nın xəbərinə görə, bu barədə XİN-in “Twitter” səhifəsində bildirilib.

“Beyrut limanında baş verən dəhşətli partlayışla bağlı xəbər bizi çox kədərləndirdi. Qurbanların ailələrinə, habelə Livan xalqına başsağlığı veririk. Yaralananların tezliklə sağalmasını arzulayırıq”, - deyə qeyd olunub.

Xatırladaq ki, Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 100 nəfərdən çox insan ölüb, 4 mindən çox insan isə xəsarət alıb.

 


Story Code: 878479

News Link :
https://www.islamtimes.org/az/news/878479/azərbaycan-xin-livana-başsağlığı-verib

Islam Times
  https://www.islamtimes.org