0
Wednesday 5 August 2020 - 18:35

İraqda xarici qoşunların çıxarılması qətnaməsi tam yerinə yetirilir

Story Code : 878568
İraqda xarici qoşunların çıxarılması qətnaməsi tam yerinə yetirilir
İraq Silahlı Qüvvələrinin baş komandanının sözçüsü Yəhya Rəsul televiziya ilə verdiyi müsahibəsində xarici hərbi qüvvələrin İraqdakı hərbi bazaları boşaltma planı haqqında bunları deyib: “Koalisiya qüvvələri ilə imzalanan müqavilələr arasında onların varlığının azaldılması da var idi. Əvvəllər söyləmişdik və indi ikinci dəfə təkrar edirik ki, hətta İraqın birləşmiş qüvvələri və ordusu, Əl-Həşduş Şabi, Daxili İşlər Nazirliyi, Antiterror Təşkilatı və Sürətli Reaksiya Qüvvələri və hətta qəbilələrin uşaqları və bütün qurumlar canlarını ortaya qoydular və igidlik göstərdilər. Çoxlu cəsarət göstərdilər və İraq torpaqlarını azad etdik, bizimlə yanaşı, döyüşmək üçün heç bir xarici orduya ehtiyacımız yox idi, indi də İŞİD-in qalan ünsürləri ilə yanımızda döyüşmək üçün heç bir xarici orduya ehtiyacımız yoxdur. Gücümüz var və qüvvələrimiz bunu edə bilər.

Hökümət hava, yerüstü və dəniz imkanlarını və bütün imkanlarını inkişaf etdirməyə davam edir. Baxmayaraq ki, NATO ilə bəzi ölkələr arasında hərbi təlim mövzusunda bir koordinasiyamız var, çünki dünya ölkələri qonşular və ya digərləri ilə və ya bir neçə ölkə ilə hərbi təlim haqqında razılaşmaları bağlayır. Silahlı qüvvələrin və təhsil ocaqlarının gücünü ən müasir təlim vasitələri və təchizat və silahlarla təkmilləşdirməyimiz vacibdir. Hesab edirəm ki, bu İraq silahlı qüvvələrinin gücünü başa çatdırması üçün vacibdir və buna görə də bu işdən geri çəkilmək olmaz”.

İraq Silahlı Qüvvələrinin baş komandanının sözçüsü ABŞ qoşunlarının İraqdakı bazalarından çəkilməsində növbəti addımın Bağdadın şimalındakı Əl-Taci bazasının və bir neçə digər bazanın boşaldılması olacağını qeyd edib: “Beynəlxalq koalisiya hökumətin qərarı və parlamentin razılığı ilə İraqa gəldi. Çıxması istənildikdə, şübhəsiz ki, ABŞ-ın və digər xarici ölkələrin İraqdakı mövcudluğuna son qoyulması barədə parlamentin qərarı ilə bunu etməlidir. İraq parlamenti qərarını verdi. Milləti təmsil edən İraq parlamentinin bütün qərarlarına hörmətlə yanaşırıq. Hökumətin NATO və ya qonşu ölkələrlə əməkdaşlıq üçün başqa planları var, çünki İraq silahlı qüvvələrinin imkanlarını artırmaq çox vacibdir. Biz bir neçə şəhərin işğalı və terrorun Bağdadın qapılarına çatan zaman baş verən səhvləri yenidən etmək istəmirik”. /Deyerler/