0
Wednesday 5 August 2020 - 18:57

Beyrutdakı partlayış terror yoxsa qəza idi?

Story Code : 878573
Beyrutdakı partlayış terror yoxsa qəza idi?
Öncə də xəbər verdiyimiz kimi ötən gün Livanın Beyrut şəhərində 100-dən çox insanın həlak olması ilə nəticələnən qorxunc bir partlayış baş verdi. Bu partlayışdan sonra müxtəlif versiyalar irəli sürüldü. Bəziləri bu olayın terror hadisəsi olduğunu, bəziləri silah anbarının partladığını bildirdi. Amma əsil həqiqət necə idi?

Bu gün Beyrut şəhərinin cənub hissəsində şiələr məskunlaşıb. Şəhərin inkişaf etmiş hissəsi hesab edilən qərb səmtində sünnə əhlindən olan livanlılar yaşayır. Şəhərin şərqində isə məsihilər (xristianlar) yerləşib. Ötən gün baş verən partlayış şiələr yaşayan məntəqədə deyil, sünnilərin yaşadığı liman bölgəsində oldu. Bu ərazilərdə hərbi təsisatlar olması xəbəri də doğru deyil!

Son 70-80 il ərzində Livanda ilk dəfədir ki, belə bir faciə baş verir. Bu partlayışın terror və ya qəza olması ilə bağlı dəqiq bir söz demək çətindir. Amma əgər terror versiyası doğru olarsa, şübhəsiz ki, sünnilər yaşayan məntəqədə bu planın həyata keçirilməsi, ölkədə məzhəblər arasında ixtilaf yaratmaq planının bir hissəsi ola bilər. Amma partlayışdan öncə yanğın baş verməsi və daha sonra bu yanğının nitrat anbarına sirayət etməsi bu hadisənin qəza olma ehtimalını bir xeyli gücləndirir.
Source : IslamTimes