0
Wednesday 5 August 2020 - 20:54

İsrail qorxuya düşdü - Hayfa limanını kimyəvi maddələrdən təmizlənir

Story Code : 878594
İsrail qorxuya düşdü - Hayfa limanını kimyəvi maddələrdən təmizlənir
Sionist rejimin Ətraf Mühitin Mühafizəsi naziri Gila Gamliel bu gün Hayfa limanının "ammonium nitrat" ​​kimi partlayıcı kimyəvi maddələrdən boşaldılmasına başlanıldığını söyləyib.

Sionist nazirin sözlərinə görə, Beyrutda baş verən dəhşətli partlayışdan sonra ciddi narahatlıqlar yaranıb və kimyəvi maddələr, bu maddələrin istehsalı ilə məşğul olan emalatxanalar qeyri-yaşayış massivlərinə köçürüləcək. Nazir emalatxana sahiblərindən dərhal işyerlərini bağlamağı və başqa yerə köçürmələrini tələb edib.

Kimyəvi maddələr beş il ərzində Hayfa limanından çıxarılacaq və növbəti beş il ərzində bu ərazi təmizlənəcək.
 
Source : IslamTimes