QR CodeQR Code

Trampdan uğursuzluqları üçün yeni bəhanə

IslamTimes , 5 Aug 2020 21:28

İslamTimes: ABŞ prezident Donald Tramp iddia edib ki, əgər hazırda ABŞ seçki astanasında olmasaydı bu gün düşmən mövqeyində olan ölkələr danışıqlar masasında oturmağa məcbur olacaqdı.


Yonhap Xəbər Agentliyinin verdiyi xəbərə görə Tramp Fox & Friends-ə verdiyi müsahibədə deyib: "Əgər indi seçki astanasında olmasaydıq, iki şey gerçəkləşəcəkdi. Birincisi, indi də yüksək olan birjamız rekord səviyyədə olacaqdı. İkincisi isə İran, Çin və digər ölkələr 24 saat ərzində danışıqlar masası arxasında oturmağa məcbur olacaqdı. Şimali Koreya da bu dövlətlərdən biridir..."

Tramp əlavə edib: "Klinton prezident seçilmiş olsaydı, ABŞ uzun zaman müharibə ilə üz-üzə qalacaqdı. Bu müharibə indiyədək bitmiş də ola bilərdi, amma şübhəsiz ki, Şimali Koreya ilə müharibə yaşanacaqdı."

Qeyd edək ki, Koreya prezidentinin diplomatiya və təhlükəsizlik məsələləri üzrə xüsusi müşaviri Mun Çonq Do bildirib ki, Şimali Koreya lideri Kim Çen Inın Vaşinqton və Pxenyan arasındakı razılaşmaya inamı yoxdur. Razılıq əldə edilməsi üçün zəminə olmadığından prezident belə bir görüşün keçirilməsinə razılıq verməyəcək.

ABŞ Koreyadan nüvə silahlarından imtina etməyi istəsə də, Koreya prezidenti bu silahların Koreyanın təhlükəsizliyini təmin etdiyindən ondan heç zaman itina edilməyəcəyini təkidlə bildirib.


Story Code: 878598

News Link :
https://www.islamtimes.org/az/news/878598/trampdan-uğursuzluqları-üçün-yeni-bəhanə

Islam Times
  https://www.islamtimes.org