QR CodeQR Code

Fransa, İspaniya və Yunanıstanda COVID-19-a yoluxma sayında kəskin artım qeydə alınıb

6 Aug 2020 12:11

İslamTimes: Fransa, İspaniya və Yunanıstanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayında kəskin artım qeydə alınıb.


APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Fransada son 24 saatda COVID-19-a 1 695 yeni yoluxma qeydə alınıb.
Bu, Fransada iki aydan çox müddət ərzində qeydə alınan ən yüksək rəqəmdir. Fransada indiyədək koronavirusa yoluxanların ümumi sayı 228 576 nəfərə çatıb.

İspaniyada son sutka ərzində COVID-19-a 1 772 yoluxma qeydə alınıb və ölkədə indiyədək infeksiyaya yoluxanların ümumi sayı 305 767 nəfərə çatıb. 

Yunanıstanda isə son 24 saatda koronavirusa 124 yoluxma aşkarlanıb. Bu, ötən həftələrlə müqayisədə yüksək rəqəmdir. Yunanıstanda indiyə qədər 4 973 nəfər koronavirusa yoluxub.


Story Code: 878700

News Link :
https://www.islamtimes.org/az/news/878700/fransa-ispaniya-və-yunanıstanda-covid-19-a-yoluxma-sayında-kəskin-artım-qeydə-alınıb

Islam Times
  https://www.islamtimes.org