0
Thursday 6 August 2020 - 17:01

Almaniya XİN başçısı Rusiyaya səfər edəcək

Story Code : 878734
Almaniya XİN başçısı Rusiyaya səfər edəcək
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat İdarəsinin direktor müavini Aleksey Zaytsev bildirib.

Onun sözlərinə görə, Rusiya Xarici İşlər naziri Sergey Lavrov avqustun 11-də Moskvada almaniyalı həmkarı H. Maasla görüşəcək.

A. Zaytsev vurğulayıb ki, görüşdə Ukrayna, Suriya və Liviyadakı vəziyyət, həmçinin İranın nüvə sazişi ilə bağlı son vəziyyət müzakirə ediləcək. 

Rusiya XİN-in rəsmisi qeyd edib ki, H. Maas Sankt-Peterburqa da gedəcək.