0
Thursday 6 August 2020 - 20:39

Aİ Livana 33 milyon avro məbləğində yardım edəcək

Story Code : 878754
Aİ Livana 33 milyon avro məbləğində yardım edəcək
APA-nın xəbərinə görə, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Livanın Baş Naziri ilə telefon danışığı zamanı bildirib.

Ursula von der Leyenin sözlərinə görə, Aİ humanitar vəziyyəti nəzərə alaraq Livana əlavə vəsaitin ayrılması məsələsini də müzakirə edəcək.

Qeyd edək ki, Aİ Livana onlarla mütəxəssis və tibbi avadanlıqlar göndərib.

Xatırladaq ki, iki gün əvvəl Beyrut limanında güclü partlayış baş verib. Partlayış nəticəsində 157 nəfər ölüb, 5 000-dən çox insan yaralanıb.