QR CodeQR Code

Aİ Livana 33 milyon avro məbləğində yardım edəcək

6 Aug 2020 20:39

İslamTimes: Avropa İttifaqı (Aİ) Livana 33 milyon avro məbləğində yardım ayıracaq.


APA-nın xəbərinə görə, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Livanın Baş Naziri ilə telefon danışığı zamanı bildirib.

Ursula von der Leyenin sözlərinə görə, Aİ humanitar vəziyyəti nəzərə alaraq Livana əlavə vəsaitin ayrılması məsələsini də müzakirə edəcək.

Qeyd edək ki, Aİ Livana onlarla mütəxəssis və tibbi avadanlıqlar göndərib.

Xatırladaq ki, iki gün əvvəl Beyrut limanında güclü partlayış baş verib. Partlayış nəticəsində 157 nəfər ölüb, 5 000-dən çox insan yaralanıb. 


Story Code: 878754

News Link :
https://www.islamtimes.org/az/news/878754/ai-livana-33-milyon-avro-məbləğində-yardım-edəcək

Islam Times
  https://www.islamtimes.org