0
Thursday 6 August 2020 - 20:44

Livan XİN-i: “Xalqın etimadını qazanmaq, Fransadan kömək istəməkdən üstündür”

Story Code : 878757
Livan XİN-i: “Xalqın etimadını qazanmaq, Fransadan kömək istəməkdən üstündür”
Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, Şarbəl Vahbə Fransanın Livandakı son böhranla əlaqədar təşəbbüsündən xəbərsiz olduğunu, ölkənin Fransadan kömək istəmədən əvvəl birliyə və ictimai etimada ehtiyacının olduğunu söyləyib.

Livanın xarici işlər naziri "Əl-Ərəbi Əl-Cədid" xəbər saytına verdiyi müsahibəsində Fransa prezidenti Emmanuel Makronun Beyruta səfərinə cavab olaraq bunları deyib: “Fransadan kömək istəmədən əvvəl, birləşib xalqın etimadını qazanmalıyıq”.

Makron bu gün (6 avqust) Livana Beyrut limanında dəhşətli partlayışdan sonra vəziyyəti araşdırmaq üçün gəlmişdi və livanlı həmkarı Mişel Aun tərəfindən qarşılanmışdı.

Livan rəsmiləri ilə salamlaşdıqdan və görüşdükdən sonra Fransa prezidenti hadisə yerinə getmiş və Beyrut limanındakı partlayışın vurduğu ziyan barədə yaxından məlumat almışdı. O, Livana gəldikdən sonra ölkədəki islahatların Livan böhranından yeganə çıxış yolu olduğunu söyləmişdi.